- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakıda “Böyük ipək yolu” beynəlxalq boks turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, ənənəvi yarışda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları mübarizə aparıblar.
Millimiz gərgin rəqabətdə 15 medal qazanıb. Yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimov (81 kq) bütün rəqiblərinə qalib gəliblər. Yalnız finalda uduzan Amin Kuşkov (75 kq), Alfonso Dominqes (81 kq) və Rahil Məmmədli (91 kq) gümüş medalla kifayətləniblər. Elvin Məmişzadə (52 kq), Qoşqar Səfərli (56 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 60 kq), Fərid Ağamoğlanov (64 kq), Cəbrayıl Yelekov (81 kq), İsmayıl Yaqubov (91 kq), Sadiq Səmədov (+91 kq) 3-cü yer tutublar.
Bu nəticə ilə komandamız ümumi hesabda 1-ci yeri tutub. Kamran Şahsuvarlı yarışın ən texnikalı boksçusu adını alıb.