- Baxış sayı: 31
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Bakı şəhər gənclər və idman baş idarəsi ilə Azərbaycan idman jurnalistləri federasiyası arasında əməkdaşlıq müqaviləsi olub. Allsport.az saytnın məlumatına görə, memorandumu baş idarənin rəisi Raqif Abbasov və federasiyanın rəhbəri Qabil Mehdiyev imzalayıblar. Ev sahibi yeni yaranan federasiyanın ölkəmizdə idmanın kütləviliyi və təbliği baxımından rolunu xüsusi vurğulayaraq bildirib ki, anlaşmaya əsasən, BŞGİBİ ilə AİJF birgə tədbirlər təşkil edəcək.
O, rəhbərlik etdiyi qurumun federasiyanın fəaliyyətinə daim dəstək olacağını deyib. Qarşı tərəfdən idarə heyətinin sədri Qabil Mehdiyev bildirib ki, federasiyanın əsas hədəflərindən biri ölkəmizdə idman mətbuatının inkişafı ilə yanaşı, bədən tərbiyəsi və idmanın təbliğidir. AİJF bu baxımdan müxtəlif idman qurumları, federasiyaları ilə əməkdaşlıqda maraqlıdır. Federasiyanın fəaliyyəti il ərzində bir sıra idman tədbirlərinin birgə təşkili, idman jurnalistləri üçün xüsusi seminar, treninq və tədbirlərin təşkilini əhatə edəcək.
O, gənclər və idman naziri Azad Rəhimovun da AİJF-in idarə heyətinin üzvləri ilə görüşərək tövsiyələrini verdiyini bildirib. Baş idarə rəisinin müavini Rəşad Əliyev, kütləvi bədən tərbiyəsi sektorunun müdiri Samir Salehov, AİJF idarə heyəti sədrinin müavini Firuz Abdulla və üzvü Camaləddin Rəhmanov əməkdaşlığın perspektivlərindən söhbət açıblar.