- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Azərbaycan idmanında əlamətdar gündür. Boks üsrə ilk dünya çempionumuz Ağası Məmmədov yubiliyini qeyd edir. O, 1980-ci ildə iyunun 1-də Bakıda anadan olub. Yasamal uşağı olan Ağası dağlı məhəlləsində böyüyüb. 13 saylı orta məktəbi bitirib. Boksa ona böyük qardaşı cəlb edib. Sonradan onun da şəxsi məşqçisi olmuş Vaqif Kazımovun balaca Ağasıda istadadı “armud”a yumruqlarıdı döyəcləyəndə görüb.
1996-cı ildə İtaliyanın Aosta şəhərində keçirilən yüniyetmələrin Avropa birinciliyində idmançımız qızl medal qazanır. Bu, Türkiyəli mütəxəssislərin diqqətini çəkir. Onu məşqçisi ilə birgə qardaş ölkəyə dəvət edirlər. Həmyerlimiz Ağagüloğlu yeni soyadı ilə 2000-ci ildə Finlandiyanın Tampere şəhərində ustalar arasında qitə çempionatında 54 kq-da zirvəni fəth edir. Bir il sonra Şimali İrlandiyanın paytaxtı Belfastda təşkil olunan dünyanın ən güclülərinin yarışında 2-ci yer tutur.
1997-ci ildə İlham Əliyev milli olimpiya komitəsinə prezident seçildikdən sonra, ölkə idmanında durğunluq tədricən aradan qalxmağa başlayır. Belədə, digər mütəxəssis və idmançılar kimi, Ağasıda məşqçisi ilə geri qaytarılırlar. Əla hazırlıq mərhələsində olan, taktiki döyüşü ilə seçilən Məmmədov 2003-cü ildə Tailandın baş şəhəri Bankonqda tarix yazdı. Dünya çempionatında boksun hegemonları Rusiya və Kubaya dərs keçən idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bundan sonra hamı onu “rinqin Ağası” çağırmağa başladı.
Boks federasiyasının o vaxtkı prezidenti Ağacan Abiyevin bacarığı sayəsində həmin dövrdə Azərbaycan boksu dünyada aparıcı mövqe tutmağa başladı. Ölkə çempionatı “kiçik dünya çempionatı” sayılırdı ki, bura da giriş biletlə idi. Onu da almaq üçün, erkən növbəyə düzülmək gərəkirdi.
Ağası ustalığını Afina-2004 olimpiadasında da göstərdi. Amma idman ictimaiyyəti və azarkeşlər bürünc medal qazanan Məmmədovu imkanından aşağı çıxış etdiyini zənn etdilər. Yarımfinalda onun tailandlı həmkarı ilə döyüşünün nəticəsi sonralar xeyli müzakirə olundu. İdmançımız yeni zirvələrin fəthinə hazırlaşarkən, uğradığı avtomobil qəzası onun parlaq karyerasının üzərindən birdəfəlik xətt çəkdi. Bu olaya dünya mediası da biganə qalmadı. Britaniyalılar onun ağır qəza (kəllə-beyin travması) düşməsinin səbəbini şəxsi maşının sovet markalı olması ilə əlaqələndirdilər.
Zamanla Ağası rinqə qayıtmağa çəhd etsə də, ağıq zədə və buraxılmış çox aylıq məşqlər buna imkan vermədi. Bir müddət sonra o, məşqçiliyə başladı. 2014-cü ildə İtaliyanın Kataniya şəhərində 3-ulduz dərəcəsi üzrə imtahanı qənaətbəxş verən gənc mütəxəssisin yolu dünyaya açıldı. Bu, AİBA-nın ən yüksək kateqoriyası sayılır. Bir müddət “Neftçi idman klubu”nda fəaliyyət göstərən Ağası, hazırda yeniyetmələr yığmasında şəxsi məşqçisi ilə birgə çalışır. Xoş təsadüf: 1 iyun – həm də uşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd olunur. Dünən dağlı məhəlləsində boksun sirlərini öyrənən kiçik yaşlı Ağası, bu gün özü azyaşlılara öyrədir.
Allsport.az kollektivi yubilyarı 40-illiyi münasibəti ilə təbrik edir, ona məşqçilik karyerasında da uğurlar arzulayır.