- Baxış sayı: 78
- 03 Fevral 2026 14:21
- Baxış sayı: 145
- Fevral 08, 2026
- 0
Avropa Boks Konfederasiyasının (EUBC) İcraiyyə Komitəsi 2015-ci ildə əsas yarışlara ev sahibliyi edəcək şəhərlərin adlarını açıqlayıb. Allsport.az EUBC-yə istinadla xəbər verir ki, mayın 15-24-də keçiriləcək yeniyetmələrin Avropa birinciliyinə Ukraynanın Lvov şəhəri sahiblik edəcək.
Məktəblilərin Avropa birinciliyi iyulun 15-24-də Rusiyanın Sıktıvkvar şəhərində, ustalar arasında Avropa çempionatı avqustun 6-15-də Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.
Yeniyetmə və gənc qızlar arasında qitə birinciliyi avqustun 15-24-də Macarıstanın Kestxey şəhərində təşkil olunacaq. Gənclər arasında Avropa birinciliyi noyabrın 20-29-da Polşanın Kolobrzeq şəhərində keçiriləcək.