“Bu istiqamətdə məşqlərimi davam etdirirəm”

Paris-2024 paralimpiadasında iştirak hüququna yiyələnən Cahan Musayev açıqlama verib. Allsport.az saytı xəbər verir ki, parakamandan oxatanımızın sözünə görə, o, ən böyük arzusuna qovuşub.

“Hər bir idmançı kimi bu idmana başlayanda istəyim Paralimpiadada mübarizə aparmaq olub. Çox sevincliyəm, paralimpiya oyunlarında vətənimi təmsil etmək ən böyük arzum idi.

Artıq məqsədim ilk dəfə çıxış edəcəyim Paralimpiadaya ən yaxşı formada hazır olmaqdır. Bu istiqamətdə məşqlərimi davam etdirirəm. Parisdə əlimdən gələni edəcəyəm”.

Həmin kateqoriyadan