- Baxış sayı: 63
- 19 Mart 2026 20:31
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Pauerliftinq üzrə millinin üzvü Ceyhun Mahmudov (54 kq) Paris-2024 paralimpiya Oyunlarında iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, 2023-cü ildə dünya kubokunun qalibi olmuş idmançımıza Beynəlxaq paralimpiya komitəsindən iştirak hüququ verilib.
“Paris paralimpiadasında yollanacağım üçün çox sevincliyəm. Öz ölkəni ən mötəbər idman yarışında təmsil etmək hər idmançıya nəsib olmur.
Bu, karyeramın ən böyük uğurudur. Məşqlərimi yüksək səviyyədə davam etdirirəm. Məqsədim Vətənə medalla qayıtmaqdır”, – paraidmançı bildirib.