- Baxış sayı: 39
- 24 Dekabr 2024 19:31
- Baxış sayı: 171
- Dekabr 18, 2024
- 0
Xorvatiyanın Poreç şəhərində Avropa çempionatına Bakı boks mərkəzində hazırlaşan gənc boksçularımız son mərhələyə qədəm qoyublar. Allsport.az saytı xəbər verir ki, millinin titullu üzvü Cəlal Qurbanov (63,5 kq) yeniyetmələr və gənclər arasında Azərbaycan çempionu, ustalarda bürünc mükafatçıdır. O, nüfuzlu yarışda təcrübəsinin köməyinə gələcəyinə ümid edir:
“Hazırlığımız yaxşı gedir. Hər şey qaydasındadır. Yığmada hər bir boksçu yaxşı formadadır. İnanırıq ki, bu dəfə medallarımızın sayı çox olacaq. Özüm də lazımı formadayam.
Gündə 2 dəfə məşq edirik. Poreçdə çempionluq üçün rinqə çıxacağam. Əvvəlki yarışlardakı təcrübənin köməyimə gələcəyinə inanıram. Çəki dərəcəmdə rəqiblərin fərqi yoxdur. Biz səfərə Azərbaycan bayrağını yüksəklərə qaldırmaq üçün gedirik”.