- Baxış sayı: 39
- 24 Dekabr 2024 19:31
- Baxış sayı: 170
- Dekabr 18, 2024
- 0
“Gənclərdən ibarət yığmaya təyinatım gözlənilməz oldu. Bu barədə məlumatım yox idi. Bir gün öncə boks federasiyasının rəhbərliyi ilə görüş zamanı bundan xəbər tutdum”. Allsport.az saytı xəbər verir ki, bunu gənclərdən ibarət millinin baş məşqçisi Elbrus Rzayev deyib. O, yeni işini karyerasında yüksəliş hesab edir:
“Əlbəttə, bu etimada görə çox sevindim. Məsuliyyətli bir işdir. Demək olar ki, 15 ildir Azərbaycan yığmalarında işləyirəm. Yeniyetmələr, gənclər, böyüklər və qadınlardan ibarət əsas komanda çalışmışam. Açığı, illərimi boksa verməyimə baxmayaraq, çox həyəcanlıyam.
Çalışacağam ki, rəhbərliyin qarşıma qoyduğu hədəfləri həyata keçirib, tapşırıqlarını yerinə yetirim. Əsas məqsəd qatıldığımız istənilən yarışda uğurlu çıxış etmək, ölkəmizin adını yüksəklərə qaldırmaq və böyüklərdən ibarət komandaya layiqli boksçular yetişdirməkdir”.