Cavid Çələbiyev: Hər şey yaxşı olacaq

Milli komandamızın titullu boksçusu Cavid Çələbiyev (56 kq) yeni mövsümə səylə hazırlaşır. 2013-cü ildə Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında baş mükafata sahib çıxan 24 yaşlı idmançı yeni uğurlar qazanmaq niyyətindədir.

Allsport.az saytına açıqlamasında gənc rinq ustası deyib ki, məşqçilər heyətinin ona növbəti fürsəti verməsini gözləyib:

«Milli komandamızda hər çəkidə gərgin rəqabət var. “Böyük İpək yolu” turnirində uğurlu çıxış etdim. Hazırda yaxşı formadayam. İnşallah, hər şey yaxşı olacaq. İnanıram ki, yeni qələbələrimlə xalqımı sevindirəcəyəm».

Həmin kateqoriyadan