Cavid Tağıyev: Gənclərin İraq çempionatından sonra yeni komandanı formalaşdıracağam

“İraq çempionatında yarımfinal və final döyüşlərini izlədim. Həmin yarışda gənclər yığmasından 2 nəfər də iştirak edirdi. Onlar 69 və 75 kq-larda 3-cü yer tutdular”. Bunu allsport.az saytına açıqlamasında İraqın gənc boksçulardan ibarət millisinin azərbaycanlı baş məşqçisi Cavid Tağıyev deyib. Onun sözünə görə, martın sonlarında komandasını Bakıya gətirəcək:

“Martın 26-da ənənəvi “Böyük ipək yolu” beynəlxalq yarışına gələcəyik. Ola bilsin, yarışdan sonra qalıb, hazırlaşdıq. birgə təlim-məşq və döyüş təcrübəsinin çoxluğu vacib şərtlərdəndir. Apreldə gənclərin ölkə çempionatı keçiriləcək. İraqda vəzifə başında yeniyəm. Bu yarışın nəticələrinə əsasən yeni komanda formalaşdıracağam”. Xatırladaq ki, hazırda həmyerlimiz Nəsriyyə şəhərində terli məşqçilərə 10-günlük nəzəri və təcrübi seminar keçir.

Qeyd edək ki, həmyerlimiz Azərbaycan millisində uzun müddət 75 kq-da öncül olub. O, Avropa çempionatının (2004) bürünc medalçısı və Afina-2004 olimpiadasının iştirtakçısıdır. Bundan savayı, yeniyetmələrdə dünya birinciliyinin (66 kq) gümüş mükafatçısı olub, dünya kuboklarında (2005-06) 3-cü yer tutub. Rusiyada Neft istehsal edən ölkələrin yarışında (2004) fdəxri kürsünün zirvəsinə qalxıb. Dünya çempionatlarında ən yaxşı nəticəsi 2005-ci ildə Cində olub. 3 görüşdə qalib gəlib, yekunda 5-ci yer tutub.

Həmin kateqoriyadan