Çində 4 medal qazandılar

Yeniyetmə boksçulardan ibarət Azərbaycan komandası Çində təlim-məşq toplanışı çərçivəsində “Kəmər və Yol” beynəlxalq turnirinə qatılıb.

Allsport.az xəbər verir ki, yığmamız Sincan-Uyğur muxtar rayonunda 19 ölkənin iştirakı ilə baş tutan yarışı 4 medalla başa vurub.

Boksçularımızdan Haqverdi Həsənov (63 kq) turnirin qalibi olub. O, finalda qazaxıstanlı rəqibinə qalib gəlib. Səftər Məmmədzadə (+80 kq) gümüş, Raul Heydərli (57 kq) və Adil Zalov (70 kq) bürünc medal qazanıblar.

Komandamız MDB oyunlarına hazırlığı Çində davam etdirir. Millimiz sentyabrın 1-də Bakıya qayıdacaq.

Həmin kateqoriyadan