- Baxış sayı: 69
- 15 Mart 2026 11:10
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Stolüstü tennisçi Onur Quluzadə iyunun 18-dən etibarən növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Allsport.az xəbər verir ki, seçmə komandanın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, iyulun 5-dək Çin xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək.
Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandasının bazası hesab olunur. Təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Seçmə komandanın üzvləri mütəmadi olaraq Çində təşkil olunan anoloji hazırlıq proseslərinə qatılırlar.