- Baxış sayı: 43
- 20 Noyabr 2024 23:12
- Baxış sayı: 94
- Noyabr 19, 2024
- 0
Bakı olimpiya stadionunda BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasının (COP-29) 5-ci günündə Çin pavilyonunda tədbir keçirildi. Allsport.az saytının məlumatına görə, toplantıda Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva və Heydər Əliyev mərkəzinin direktoru Anar Ələkbərov da iştirak etdilər.
BRIGC-in idarə heyətinin vitse-prezidenti, direktorlar şurasının üzvü və mərkəzin Avropa-Asiya üzrə həmsədri Erik Solheym çıxışında, Azərbaycanın ətraf mühitin qorunmasında fəallığını qeyd etdi. Onun sözünə görə, iqlim dəyişikliyinin baş verməməsi üçün, bütün ölkələr səylərini birləşdirməlidirlər.
Leyla xanım, öz növbədində, çıxışında, iqlim dəyişikliyindən dünyada heyvanların da zərər gördüyünü vurğuladı və tədricən bəzi növlərin nəslinin tükəndiyi və kəsildiyini nəzərə çatdırdı.