- Baxış sayı: 38
- 22 Noyabr 2024 12:25
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, idman araşdırmalar mərkəzinin “İlin qalibləri-2020” layihəsi üzrə mükafatçıları müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, ardıcıl 8-ci ildir həyata keçirilən layihə 2-ci Vətən müharibəsindəki böyük qələbəyə həsr olunub. İlin ən böyük qalibi Azərbaycan ordusu olduğundan, namizədlər bu istiqamətdə seçilib.
İLİN DÖYÜŞKƏN İDMANÇISI” nominasiyasında şəhid cüdoçu Cəbrayıl Dövlətzadə birinci olub. İdman Araşdırmaları Mərkəzinin mükafatı şəhidin atası Dövlət Dövlətzadəyə təqdim edilib. “İLİN DÖYÜŞKƏN İDMAN QURUMU” nominasiyasının qalibi isə orduya maddi və mənəvi dəstəyə görə Azərbaycan cüdo federasiyası olub. Mükafatı baş katibi Elmar Babanlı qəbul edib. Təqdimat Sumqayıt şəhər gənclər və idman idarəsinin rəisi Elgün Hümbətovun iştirakı ilə olub.
Qeyd edək ki, layihənin informasiya dəstəkçisi “Report” informasiya agentliyi, baş sponsoru “eTopaz”, sponsoru Azərbaycanın ilk idman geyimi brendi “İl Azero”, təşkilati dəstəkçisi isə Bakı olimpiya stadionudur.