Cüdoçular ibarət milli Avropa çempionatında 1-ci oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında fərdi mübarizələr başa çatıb.

Allsport.az xəbər verir ki, Azərbaycan yığması komandası fərdi yarışları 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb.

Millinin heyətində Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq) qızıl, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) bürünc medal əldə ediblər.

Bu nəticə ilə milli medalların əyarına görə ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci yeri tutub. İkinci yerə görə təqdim olunan mükafatı yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə qəbul edib.

Həmin kateqoriyadan