“Dəmir adam” ilk dəfə Bakıda!

İronman-70.3 — Dünya Triatlon Korporasiyası tərəfindən təşkil edilən yarım ironman məsafəli beynəlxalq triatlon sıralamasıdır. Allsport.az saytı xəbər verir ki, hər yarış fasiləsiz olaraq 3 mərhələdən ibarətdir: üzgüçülük (1.9 km), velosiped sürmə (90.1 km) və qaçış (21.1 km).

Hazırda hər il 160-dan çox ironman yarışı təşkil keçirilir və ora dünyanın 200 ölkəsindən 250.000-dən çox iştirakçı qatılır. Say hər il 10–15% artır. Bu növ ən çox izlənilən idman tədbirlərindən biridir.

İronman – müasir triatlonun təməlini təşkil edir. İlk yarış 18 fevral 1978-ci ildə keçirilib. O zaman iştirakçılara məşhur şüarın əks olunduğu kağız təqdim olunmuşdu: “2.4 mil üz, 112 mil velosiped sür, 26.2 mil qaç və bununla ömrün boyu qürur duy!”

Azərbaycan idman tarixində ilk dəfə olaraq ironman-70.3 beynəlxalq yarışı 5–6 sentyabrda Bakıda keçiriləcək.

Həmin kateqoriyadan