- Baxış sayı: 379
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatı davam edir. Allsport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.
51 kq-da mübarizə aparan Nicat Hüseynov ilk görüşündə Skott Riçardsla (Uels) döyüşüb. 1/8 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. Hüseynov 1/4 finalda ispaniyalı Rafael Serrano ilə qüvvəsini sınayacaq.
Murad Allahverdiyev də ilk qarşılaşmasını xeyrinə bitirib. O, Aleksey Koktsikava (İBAB) 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27) hesabı ilə qalib gəlib. Allahverdiyev 1/4 finalda Matviy Rajba (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.