Daha 3 qələbə

Dubayda kişi boksçular arasında dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan yığmasının daha 3 idmançısı qələbə qazanıb.

Zəlimxan Süleymanov (54 kq) 1/16 finalda Kxaya Sonqve (Esvatini) ilə döyüşüb. Boksçumuz rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında Rafael Losanonu (İspaniya) sınağa çəkəcək.

Məhəmmədəli Aşurəliyev (60 kq) daha bir mərhələ adlayıb. O, ikinci görüşündə Rəşid Mrema (Tanzaniya) ilə mübarizə aparmalı olsa da, rəqib rinqə çıxmayıb. Aşurəliyev 1/8 finalda Enrike Kakulovla (İspaniya) gücünü yoxlayacaq.

Cəidcəmşid Cəfərov (75 kq) da debütünü qələbə ilə başa vurub. Boksçumuz Maykl Likaluya (İBA) qalib gəlib – 4:3 (29:28, 29:28, 28:29, 29:28, 28:29, münsiflər 1:1). Cəfərov 1/8 finalda Əmir Abbasla (Bəhreyn) münasibətinə aydınlıq gətirəcək.

Mundaiala dekabrın 13-də yekun vurulacaq.

Həmin kateqoriyadan