- Baxış sayı: 57
- 15 Dekabr 2025 18:04
- Baxış sayı: 94
- Dekabr 15, 2025
- 0

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçuların Avropa birinciliyində 1/8 finala yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin daha 3 üzvü növbəti mərhələyə adlayıb.
Onlar Məhəmmədəli Aşurəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənovdur (66 kq). Öncə Faiq Mollayev (46 kq), qızlarda Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (48 kq), Aynur Mikayılova (50 kq), Qızbəs İsgəndər (54 kq) və Emili Rzayeva (70 kq) yarımfinala vəsiqə qazanınlar.