- Baxış sayı: 40
- 13 Mart 2025 23:36
- Baxış sayı: 54
- Mart 14, 2025
- 0
Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsi başa çatıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının daha bir idmançısı adını yarımfinala yazdırıb.
Əli Abdullayev (65 kq) Qerq Şaraza (Macarıstan) qalib gəlib – 5:0 (30:25, 30:25, 30:26, 29:28, 29:28). O, yarımfinalda Erik Suçi (Çexiya) ilə döyüşəcək.
Finala gedən yolda Tural Sarıyev (50 kq) Peter Lakatosla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartla (Uels) döyüşəcək.