Daha bir boksçumuz finalda

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinə yekun vurulub.

Allsport.az xəbər verir ki, Azərbaycan millisinin daha 1 idmançısı bu mərhələni qələbə ilə başa vuraraq finalda iştirak hüququ qazanıb.

48 kq-da Nihad Qasımov Filip Stanoyeviçi (Serbiya) məğlub edib. O, 5:0 (30:27, 30:27, 30:26, 29:27, 30:26) hesabı ilə qalib gəlib və həlledici döyüşə yüksəlib.

Aylin Nəzərova (48 kq) yarımfinalda italiyalı Giorgia La Rosa ilə, Əminə Tağı (52 kq) Maria Semeniçiuçlə (Rumıniya) qarşılaşıb. Finala rəqib vəsiqə qazandığından boksçularımız bürünc medala sahib olublar.

Həmin kateqoriyadan