- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Boks üzrə millimiz Tokio-2020 yay olimpiya oyunlarına üçüncü lisenziyanı qazanıb.
Allsport.az xəbər verir ki, yığmamızın heyətində Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyevin (63 kq) ardınca Alfonso Dominqes (81 kq) də bu uğura nail olub.
O, Parisdə keçirilən Avropa olimpiya təsnifat turnirində yarımfinala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub.