- Baxış sayı: 34
- 22 Dekabr 2024 13:44
- Baxış sayı: 162
- Dekabr 18, 2024
- 0
Serbiyanın Subotitsa şəhərində gənc boksçuların beynəlxalq turnirə start verilib. Allsport.az saytı xəbər verir ki, 21 ölkədən 189 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü mərhələ adlayıb.
Daniel Xolostenko (71 kq) 1/8 final mərhələsində Anke (Hindistan) ilə qarşılaşıb. Gərgin keçən döyüş boksçumuzun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda fransalı Mobir Trbiçə üz-üzə gələcək. Qarşılaşma sentyabrın 16-da olacaq.
Səbuhi Əlizadə (+92 kq) də turnirə qələbə ilə başlayıb. 1/4 final mərhələsi çərçivəsində Mikita Maliuta (Ukrayna) ilə döyüşən boksçu rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Əlizadə yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib. O, finala gedən yolda qazaxıstanlı İvan Yermolenkonu sınağa çəkəcək. Döyüş sentyabrın 17-də keçiriləcək.
Qeyd edək ki, yarışda bu gün 3 boksçumuz mübarizəyə qoşulacaq. Turnirin qaliblərinin adına isə sentyabrın 18-də aydınlıq gələcək.