Dörd boksçumuzdan ancaq biri finala çıxmaq şansını saxlayır

Macarıstanın Kestxey şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyi davam edir. Allsport.az xəbər verir ki, komandamız qitə çempionatında gənclərin yarışında 4 idmançı ilə təmsil olunur.

Ancaq boksçularımızdan 3-ü artıq mübarizəni dayandırıb. 51 kq çəki dərəcəsində çıxış edən Viktoriya İsmayılova ilk görüşdə İngiltərə boksçusu Alise Jonesə uduzaraq, yarışdan kənarda qalıb – 2:0.

Aliyə Vəlizadə də (54 kq) məşqçilərin etimadını doğrulda bilməyib. Milli komandamızın üzvü İngiltərənin digər təmsilçisi Jade Aşmoreyə gərgin mübarizədə məğlub olub – 1:2.
60 kq çəki dərəcəsində çıxış edən Nərminə Yarıyeva da ilkin mərhələdə uduzub. Boksçumuz Norveç idmançısı Madeleyne Angelsenlə qarşılaşmadan məğlub ayrılıb.

Ən ağır çəkidə yarışan Alina Hacıyeva (+81) yarımfinalda macarıstanlı Esler Bancze ilə üz-üzə gələcək. Həmin görüş avqustun 20-də olacaq.

Avropa birinciliyinə ayın 22-də yekun vurulacaq. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edir.

Həmin kateqoriyadan