- Baxış sayı: 60
- 03 Dekabr 2025 19:23
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

Milli paralimpiya komitəsinin atletika komandası 6-14 fevralda Dubay qran-prisində iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, yarış öncəsi AMPK-in prezidenti İlqar Rəhimov komanda üzvlərini qəbul edib. Komitə prezidenti komanda üzvlərinin pandemiya səbəbindən uzun müddət idmançılara uğurlar arzulayaraq qeyd edib ki, bu yarış lisenziya xarakterli olduğundan, qran-pridə yaxşı nəticələr göstərmək olduqca vacibdir.
Komandanın baş məşqçisi, ikiqat paralimpiya çempionu Oleq Panyutin idmançıların yarışlara hazır olduğunu bildirib. Para-atletika üzrə qran-pridə ölkəmizi 6 idmançı təmsil edəcək. Bu növdə artıq 3 idmançısı Tokio-2020-yə lisenziya qazanıb.
Görüşdə AMPK-in baş katibi Kamal Məmmədov da iştirak edib.