- Baxış sayı: 38
- 22 Aprel 2025 17:44
- Baxış sayı: 27
- Aprel 24, 2025
- 0
Almaniyanın Hamburq şəhərində boksçuların dünya çempionatının püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, 75 ölkədən 243 idmançının qatılacağı yarışda ilk rəqiblərimiz məlum olub. Millimizin heyətində 1 boksçumuz 1/16, digərləri 1/8 finaldan mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, yarışda avqustun 25-28-də ilkin döyüşlər baş tutacaq. Hamburq İdman Sarayında təşkil olunacaq çempionatda avqustun 29-da 1/4 final mərhələsinin görüşləri keçiriləcək.
Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər avqustun 31-nə və sentyabrın 1-nə təsadüf edəcək. Yarışın son günündə – sentyabrın 2-də isə qaliblərin adları bilinəcək.
26 avqust
1/16 final. Məhəmmədrəsul Məcidov (+91 kq) – Kumar Satiş (Hindistan)
27 avqust
1/8 final. Lorenzo Sotomayor (64 kq) – Eslam Muhamed (Misir)/Nurlan Kobaşev (Qırğızıstan)
1/8 final. Kamran Şahsuvarlı (75 kq) – Maks Van der Pas (Hollandiya)/Lester Martines (Qvatemala)
28 avqust
1/8 final. Pərviz Bağırov (69 kq) – Damian Kivior (Polşa)/Tuvşinbat Byamba (Monqolustan)