- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bir neçə gün öncə gecə klubunda dünya çempionu Elvin Məmişzadə ilə bir xanım arasında qalmaqal yaşanıb. Allsport.az saytı xəbər verir ki, olayı idmançının özü də təsdiqləyib və onunla mübahisəsi olduğu, lakin döymədiyini deyib. Virtualaz.org-un sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər bildirilib:
“Təəssüf ki, belə bir fakt qeydə alınıb. Belə ki, Z.Orucova soyadlı gənc qadın Səbail RPİ-nin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək iyulun 16-da saat 4.00 radələrində gecə klublarından birində olarkən tanışı Elvin Məmişzadənin onu başından vurması nəticəsində burun nahiyəsindən xəsarət aldığını bildirib”.
Mənbə əlavə edib ki, vətəndaşın rəsmi müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılaraq icraata verilib. Əlavə olunur ki, hazırda zəruri istintaq tədbirləri aparılır.
O ki, qaldı Elvin Məmişzadənin həbs edilib-edilməməsinə, bu, işin hallarından asılıdır. Yəni, istintaqın gedişində zərurət yaranacağı halda, bu məsələ üzrə də qanuni qərar qəbul ediləcək.