- Baxış sayı: 45
- 19 Yanvar 2025 18:40
- Baxış sayı: 178
- Yanvar 19, 2025
- 0
AİBA Pro Boxing turnirində mübarizə aparan boksçumuz Cavid Çələbiyevin (56 kq) son anda rəqibi dəyişib. Allsport.az saytı xəbər verir ki, milli komandamızın üzvü noyabrın 1-də Argentinada Satoşi Şimizu ilə üz-üzə gəlməli idi. Ancaq yaponiyalı boksçu yarışa çıxmaqdan imtina edib.
Nəticədə, həmyerlimiz daha güclü rəqiblə – braziliyalı Robenilson Vieyra de Jesusla qarşılaşmalı olacaq. 27 yaşlı boksçu 2008-ci ildə Pekin və 2012-ci ildə London Olimpiadalarında çıxış edib. Pekində 51 kq çəki dərəcəsində mübarizə aparan Robenilson ilk görüşdə qalib gəlsə də, ikinci qarşılaşmada tacikistanlı Ənvər Yunusova uduzub.
2011-ci ildə Pan-Amerika oyunlarında bürünc medal qazanan Braziliya boksçusu 1 il sonra London Olimpiadasına da lisenziya qazanıb. Robenilson Londonda özbəkistanlı Orzubek Şaimov və rusiyalı Sergey Vodopyanovu məğlub edib. O, yalnız ¼ finalda kubalı Lazaro Alvaresə uduzub.