- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 166
- Mart 26, 2026
- 0

Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə dünya kubokunda yarımfinal döyüşləri başa çatıb.
Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının bu mərhələdə 3 boksçusu mübarizə aparıb.
Sübhan Məmmədov (50 kq) Səncər Daşqınbəylə (Qazaxıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Luis Qabriel do Naskimento (Braziliya) ilə və Məhəmməd Abdullayev (+90 kq) Aybəy Oralbəy (Qazaxıstan) üz-üzə gəlib.
Rəqiblər finala yüksəldiklərindən, Azərbaycan təmsilçiləri bürünc medala yiyələniblər.
Bu gün yekunlaşacaq dünya kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.