- Baxış sayı: 78
- 03 Fevral 2026 14:21
- Baxış sayı: 90
- Fevral 08, 2026
- 0

Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən boks üzrə dünya kuboku başa çatıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığması 15 ölkənin qatıldığı yarışda 4 medal qazanıb.
Məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Malik Həsənov (67 kq) dünya kubokunun qalibi olub. O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlub edərək qızıl medala yiyələnib.
Digər boksçularımızdan Yadigar Əliyev (51 kq) gümüş, Əli Miriyev (60 kq) və Novruzəli Quliyev (75 kq) bürünc mükafat əldə edib.