- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 225
- Mart 25, 2026
- 0

Azərbaycan yığmasının daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Allsport.az xəbər verir ki, Aynur Mikayılova (57 kq) 1/16 final çərçivəsində Xurşid Məhəmmədini (Əfqanıstan) mübarizədən kənarlaşdırıb.
Milli boksçu döyüşün taleyini ilk raundda həll edib. O, rəqibinə tam üstünlüklə qalib gəlib.
Mikayılova 1/8 finalda ilk mərhələdən azad olan Əsra Ulduz Qəhrəmanla (Türkiyə) üz-üzə gələcək. Görüş martın 12-də olacaq.
Mundialın üçüncü günündə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxacaq.