- Baxış sayı: 31
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Dünya boks assosiasiyasının birinci ağır çəki dərəcəsində sabiq dünya çempionu Duayt Məhəmməd Kavi vəfat edib.
Allsport.az xəbər verir ki, 72 yaşlı idmançı beş il idi ki, demensiya ilə mübarizə aparırdı.
O, İslamı qəbul etməzdən əvvəl Duayt Brekston adını daşıyırdı. Qavi silahlı soyğunçuluğa görə həbs cəzasını çəkdikdən sonra 1978-ci ildə peşəkar boksda debüt edib. 1981-ci ilin dekabrında o, Metyu Saad Məhəmmədə qalib gələrək ilk dəfə dünya boks şurasının yarımağır çəkisində çempionu olub. Duayt Məhəmməd daha sonra bir neçə dəfə kəmərini qorumağı da bacarıb.
Kavi 1985-ci ilin iyulunda birinci ağır çəki dərəcəsində dünya birincisi adına yiyələnib.
Duayt Məhəmməd Kavi 2004-cü ildə beynəlxalq boks şöhrət zalına daxil edilib.