- Baxış sayı: 72
- 16 Dekabr 2025 21:30
- Baxış sayı: 33
- Dekabr 16, 2025
- 0

Bu gün Bakı şəhər icra hakimiyyətinin binasında Azərbaycanın baş şəhəri 2026-cı il “Dünya idman paytaxtı” elan olundu. Allsport.az saytı xəbər verir ki, bu münasibətlə Avropa idman paytaxtları və şəhərləri federasiyasının (AİPF) prezidenti Can Fransisko Lupattelli xatirə lövhəsini rəsmi Bakıya təqdim etdi. AİPF-in baş katibi Huqo Alonso Kastan ayaqüstü açılamada yerli KİV-ə bunu dedi:
“Bakının idman infrastrukturunu yüksək qiymətləndiririk. Əsas məqsəd Azərbaycanda idmanı daha kütləviləşdirməkdir. Əgər siz bədən tərbiyəsi və idmanla məşğul olsanız, bunun müsbət nəticələrini görəcəksiniz. Azərbaycanda müxtəlif nüfuzlu idman tədbirləri keçirilib. Əminik ki, Bakı 2026-cı ilin “Dünya idman paytaxtı” kimi yaxşı nümunə olacaq”.