- Baxış sayı: 55
- 22 Mart 2026 10:25
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Rusiyanın idman nazirliyi, olimpiya komitəsi və idman qurğuları assosiasiyası tərəfindən təşkil edilən “ən yaxşı idman qurğuları” müsabiqəsində Azərbaycanın 2 idman kompleksi fərqlənib. Allsport.az saytı xəbər verir ki, müsabiqədə Rusiya ilə yanaşı, 4 ölkənin – Azərbaycan, Özbəkistan, Belarus və Ermənistanın idman qurğuları da yarışıblar.
Müsabiqənin “Ən möhtəşəm idman qurğusu” nominasiyasında Milli gimnastika arenası 2-ci yerə layiq görülüb. Heydər Əliyev adına idman-konsert kompleksi isə təşkilat komitəsinin xüsusi seçilən obyekti olub.
Münsiflər heyətində Azərbaycanı həmyerlimiz, adı son çəkilən qurğunun direktoru Fikrət Hüseynov təmsil edib.