- Baxış sayı: 35
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 227
- Fevral 04, 2026
- 0

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə “Böyük dəbilqə” turnirində 7 medal qazanan cüdo üzrə millimiz, həmçinin Niderlandda “Dutch open”də 10 mükafata yiyələnən taekvondo yığmasının üzvləri ilə bu gün Gənclər və İdman Nazirliyində görüş olub. Allsport.az saytının xəbərinə görə, toplantıda GİN-in idman şöbəsinin müdiri Fərid Mansurov idmançıları və onların məşqçilərini təbrik edib. Bildirib ki, hər 2 komanda beynəlxalq yarışda yüksək səviyədə çıxış edib; bu da Azərbaycan dövlətinin idmana göstərdiyi diqqət və qayğının bir nümunəsidir.
Cüdo millimizin böyük məşqçisi Fərhad Məmmədov və taekvandoçuların böyük məşqçisi Rəşad Əhmədov mayda Bakıda keçiriləcək 4-cü İslam həmrəyliyi oyunlarına ciddi hazırlıq görüldüyünü bildiriblər. Hər 2 mütəxəssis idmançılarımızın yaxın gələcəkdə digər beynəlxalq yarışlarda da medal qazanacaqlarına əminliklərini deyiblər.