- Baxış sayı: 78
- 03 Dekabr 2024 14:59
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
Avqustun 27-də gənclər və idman naziri Fərid Qayıbov, idman jurnalistləri ictimai birliyinin idarə heyətinin üzvləri ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, toplantı zamanı ölkəmizdə idman mediasının hazırkı vəziyyəti və idmanın təbliği məsələləri müzakirə edilib. Fərid Qayıbov ölkəmizdə medianın ən böyük qollarından biri olan idman jurnalistikasının inkişaf etdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.
Nazir ictimai birliyinin mövcud problemləri ilə də maraqlanıb. Qurumun rəhbəri Azər Quliyev səmimi qəbula görə təşəkkür edib. İdarə heyətinin üzvləri idman mediasını narahat edən məsələlər barədə məlumat veriblər.