- Baxış sayı: 99
- 12 Dekabr 2025 20:30
- Baxış sayı: 94
- Dekabr 15, 2025
- 0

Gənclər və idman naziri Fərid Qayıbov Şamaxı və Qobustan rayon sakinlərini qəbul edib.
Allsport.az xəbər verir ki, qəbuldan öncə nazir Fərid Qayıbov Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovla birlikdə Qobustan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Qobustan gənclər evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.