Fəriq Qayıbov Məsud Özili qəbul etdi

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan professor İrfan Gündüzü və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Allsport.az xəbər verir ki, Almaniya yığmasının Türkiyə əsilli sabiq üzvü, dünya çempionu Məsud Özilin də daxil olduğu nümayəndə heyətini salamlayan nazir onlara ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüş zamanı idman sahəsində ikitərəfli əlaqələr müzakirə edilib, uşaq futbolunun inkişafı barədə fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan