- Baxış sayı: 36
- 08 Fevral 2026 17:45
- Baxış sayı: 23
- Fevral 08, 2026
- 0

Azərbaycanı və “Qəbələ” İdman Klubunu (İK) peşəkar boksda təmsil edən Fariz Məmmədov növbəti sınağına hazırlaşır. Allsport.az xəbər verir ki, 35 yaşlı idmançımız Avropa Azərbaycan Cəmiyyəti, Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyada Azərbaycan diasporunun dəstəyi ilə mayın 2-də Almaniyada təşkil olunacaq möhtəşəm boks gecəsində iştirak edəcək.
Bu, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş yarış olacaq. Fariz Məmmədov belaruslu Andrey Abramenko ilə döyüşəcək. Boksçumuz qarşılaşma öncəsi bu gün media üçün açıq məşq keçirib və jurnalistləri maraqlandıran sualları cavablandırıb.