- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov fevralın 6-da ilk dəfə WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşə çıxacaq. Allsport.az saytı xəbər verir ki, o, Uqanda təmsilçisi Badru Lusambia ilə qarşılaşacaq. Uzun müddətdir bu vacib döyüşə hazırlaşan F.Məmmədov qarşılaşma öncəsi açıq məşqə çıxıb. Məşqin ardından boksçumuz jurnalistlərin suallarını cavablandırıb, fikirlərini media nümayəndələri ilə paylaşıb:
“2001-ci ildən bir hədəfim var idi, mən çempion olmalıyam. Bu yola çıxmışamsa, bunu tamamlamaq lazımdı. On beş illik həsrətə son qoymaq istəyirəm. Şəxsi agentim Yaşar Niftəliyevə təşəkkürümü bildirirəm. Hər zaman yanımdadır. Karyeramı ona etibar etmişəm. “Qəbələ” idman klubuna da sonsuz təşəkkürlərimi bildirirəm. Bu, Azərbaycan boks tarixində yeni səhifədir. Belə bir söz var – “Güclü olanların bəxti gətirir”. İnanıram ki, mənim də bəxtim gətirəcək”.
Fariz Məmmədov bildirib ki, artıq 6 aydır Badrunu tanıyıram. Bu işlə məşğul olan məşqçilər var. Solaxay olduğunu deməliyəm ki, bu da boksda çətinlik yaradır. Ancaq mənim üçün çətinlik yaradacağını düşünmürəm. Çünki artıq 6 aydır ona qarşı hazırlaşıram.