Firəng boksçuları millimizlə birgə hazırlıq keçmək üçün Bakıya gələcək

Fevralın 28-də Fransanın boks millisi təlim-məşq toplanışı keçirmək üçün paytaxtımıza gələcək. Allsport.az saytı xəbər verir birgə çalışmaların əsas məqsədi Avropa Oyunlarına hazırlıqdır.

Həvəskar dəri əlcək ustalarımızı apreldə Bakıda «Böyük ipək yolu» turniri gözləyir. Bu yarış, həm də ilk Avropa Oyunlarına test xarakteri daşıyır.

Bakı-2015-ə qədər millimizi Serbiya, Belarus, Rusiya və Litvada keçiriləcək beynəlxalq turnirlərdə də qüvvəsini sınayacaq.

Həmin kateqoriyadan