FOTO
Fransa yığması Bakı toplanışını başa vurdu

Boks üzrə Fransanın böyüklərdən ibarət milli komandası Avropa oyunlarına hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olub. Allsport.az xəbər verir ki, fevralın 28-dən martın 8-dək davam edən toplanışda 9 boksçu iştirak edib.

Onların arasında 2010-cu ildə Yeniyetmələrin Olimpiya oyunlarının qalibi olmuş Toni Yoka, WSB liqasından yaxşı tanıdığımız Mişel Tavares, 2013-cü ilin Avropa çempionatının bürünc mükafatçısı Abdel Malik Ladjali kimi tanınmış idmançılar var.

Qeyd edək ki, Yoka bir müddət əvvəl paytaxtımızda keçirilən AİBA Pro Boxing turnirində də mübarizə aparıb.

Azərbaycan milli komandasında isə “Baku Fires” klubunun düşərgəsində olan boksçulardan başqa digər bütün idmançılar birgə təlim-məşq toplanışında iştirak ediblər. Seçmə komandamızın liderləri Məhəmmədrəsul Məcidov, Teymur Məmmədov kimi boksçular da bu hazırlığa qatılıblar.

Həmin kateqoriyadan