- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Gənc boksçulardan ibarət Azərbaycan millisi Rusiyanın Nalçik şəhərində beynəlxalq turnirdə çıxışını başa vurub. Allsport.az saytı xəbər verir ki, Vaqif Şirinovun rəhbərlik etdiyi komandamız Avropa birinciliyinə hazırlıq çərçivəsində 3 yoldaşlıq görüşü keçirib.
Yığmamız ilk qarşılaşmasında Rusiyanın ikinci komandası ilə üz-üzə gəlib. Görüş boksçularımızın 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. Ardınca Qazaxıstan millisi ilə gücünü yoxlayan təmsilçimiz bu dueldən də qalib ayrılıb – 8:2.
Vaqif Şirinov, Əli İsmayılov və Etibar Abdullayevin rəhbərlik etdiyi yığma son qarşılaşmasında Rusiya-1-lə qüvvəsini sınayıb. Döyüş rəqibin 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, komandamız turniri ikinci yerdə bitirib. Yığmamızın heyətində Orxan Həsənov (56 kq), Niyaməddin Allahverdiyev (60 kq) və Məhəmməd Abdullayev (+91 kq) keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar.
Qeyd edək ki, boksçularımızın Avropa birinciliyinə hazırlığının son mərhələsi oktyabrın 1-18-də Bakıda olacaq. Qitə çempionatı Türkiyənin Antalya şəhərində baş tutacaq. Yarış oktyabrın 20-dən 29-dək davam edəcək.