- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 157
- Mart 26, 2026
- 0

Noyabrın 21-də Polşanın Kolobjek şəhərində gənc boksçular arasında Avropa birinciliyi başlayacaq. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycanı 9 idmançı təmsil edəcək.
Millimizin heyətində Ruslan Rüstəmov (49 kq), Elcan Qafarlı (52 kq), Sərxan Əliyev (56 kq), Elməddin İsmayılov (60 kq), Pərviz Quliyev (64 kq), İsmayıl Hüseynov (69 kq), Hacı Dilbazov (75 kq), Qüdrət Quliyev (81 kq) və Şükran Mehdiyev (91 kq) yer alıblar.
Çempionatda 37 ölkədən 266 boksçu birincilik uğrunda mübarizə aparacaqlar.