Gənc boksçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub

Türkiyənin Antalya şəhərində gənc boksçuların Avropa birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Baş məşqçi Vaqif Şirinovun komandasında Məhəmməd Abdullayev (+91 kq) bütün görüşlərini qələbə ilə bitirib. Finala kimi 3 qarşılaşmada nokaut edən rinq ustamız həlledici döyüşdə Yunanıstanı təmsil edən Vaqxan Nanitzanyana da gücünü göstərib. O, erməni əsilli rəqibinə 4:1 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.

Millimizin digər üzvü Amin Kuşkov (75 kq) yalnız finalda yenilib. Həsən İbrahimov (49 kq) və Surət Qarayev (81 kq) qitə birinciliyini bürünc medalla başa vurublar.

Həmin kateqoriyadan