Gənc boksçularımız Avropa çempionatına yollanıb

U-22 boks millisi Xorvatiyaya, Avropa çempionatına yollanıb. Allsport.az saytı xəbər verir ki, martın 13-23-də Poreç şəhərində ölkəmiz 7 idmançı ilə təmsil olunacaq.

Millinin böyük məşqçisi Nəriman Abdullayev Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq), Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyevə (80 kq) fürsət verəcək.

Çempionatda beynəlxalq dərəcəli referimiz Anar Babanlı yer alacaq.

Komandaya idarə heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edir. Yığma Bakıya martın 25-də qayıdacaq.

Həmin kateqoriyadan