- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
1-16 fevralda gənc boks millimizin təlim-məşq toplanışı olacaq. Allsport.az saytı xəbər verir ki, Balakəndə keçiriləcək hazırlıqda 17 nəfər iştirak edəcək.
Baş məşqçi Vaqif Şirinov yığmaya Maqsud Xasmetov, Vüqar Hüseynov (hər ikisi – 49 kq), Əflatun Babayev, Mirmehdi Mehdizadə, Həsən İbrahimov (52 kq), Məhərrəm Məhərrəmzadə, Amid Əlizadə (56 kq), Nurlan Səfərov, Elşən Cəbizadə (60 kq), Səbuhi Abışov, Səlim Səlimov (64 kq), Nicat Həsənov, Cavid Qurbanov (69 kq), Rəsul Rzayev (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədovu (+91 kq) dəvət edib.
Məşqlər Balakən Olimpiya İdman Kompleksində baş tutacaq. Yığma 16 günlük toplanışda ümumi və fiziki hazırlıq üzərində çalışacaq. Komandamız Balakənə bu gün axşam yollanacaq.