- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Litvanın paytaxtı Vilnüsdə Dan Poznyakın xatirəsinə gənc boksçuların ənənəvi yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, 13-cü dəfə təşkil edilən sınaqda Azərbaycan millisi 7 medal qazanıb.
Nurlan Səfərov (60 kq) bütün rəqiblərinə qalib gəlib. Yalnız finalda yenilən Nəbi İsgəndərovla (56 kq) Zaur Musayev (81 kq) gümüş medalla kifayətləniblər.
Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nicat Həsənov (69 kq) və Məhəmməd Yusifov (75 kq) 3-cü yer tutublar.
Yığmamız komanda hesabında Rusiya boksçularından sonra 2-ci olub.