- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 226
- Mart 26, 2026
- 0

Gürcüstanın Kutaisi şəhərində gənc boksçuların beynəlxalq turnir başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Rusiya və Ermənistan komandaları mübarizə aparıblar. Millimiz qonşu ölkədə 5 qızıl və 4 gümüş medal qazanıb.
Vüqar Hüseynov (49 kq), Nəbi İsgəndərov (60 kq), Səbuhi Abışov (64 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (+91 kq) bütün rəqiblərinə qalib gəliblər. Yalnız finalda uduzan Tacəddin Məmmədov (49 kq), Tacəddin Maməliyev (56 kq), Cahid Qurbanov (75 kq) və Rəhim Əhmədli (+91 kq) 2-ci yerlə kifayətləniblər.
Bu göstərici Azərbaycan yığmasını komanda hesabında birinci sıraya yüksəldib. Vüqar Hüseynov turnirin ən yaxşı boksçusu seçilib.