- Baxış sayı: 379
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Gənc boksçulardan ibarət Azərbaycan millisi Monteneqroda keçiriləcək dünya birinciliyinə hazırlığını davam etdirir.
Allsport.az xəbər verir ki, yığma toplanışın növbəti hissəsini Özbəkistanda keçəcək.
Məşqçilər korpusu hazırlığa Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Tağı Nəsibov (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayuev (63,5 kq), Ziya Həsənov (71 kq), Abbasqulu Şadlinski (75), Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (50 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevanı (63 kq) cəlb edib. Bu gün başlayacaq toplanış oktyabrın 17-də yekunlaşacaq.
Qeyd edək ki, dünya birinciliyi oktyabrın 22-dən noyabrın 3-dək Budva şəhərində keçiriləcək.